PDF Oxu

Sosial

  • 5 852

Ağcabədidə futbol birinciliyi başa çatmışdır FOTOLAR

Ağcabədidə futbol birinciliyi başa çatmışdır FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə YAP Ağcabədi rayon təşkilatının keçirdiyi futbol üzrə rayon birinciliyi aprel ayının 4-də başa çatmışdır. 3-cü yer uğrunda mübarizədə 40 saylı Ağcabədi Yol istismar idarəsinin komandası Qaravəlli kənd komandasını 3:0 hesabı ilə məğlub edərək 3-cü yeri əldə etmişdir. Finalda Cəfərbəyli kəndinin və Ağcabədi şəhərinin komandaları qarşılaşmışlar. Oyunun əsas hissəsi və əlavə vaxt 1:1 hesabı ilə başa çatmışdır. Qalibi müəyyənləşdirmək üçün 11 metrlik zərbələrdən istifadə edilmişdir. 11 metlik zərbələrin yekununa görə Cəfərbəyli kənd komandası 6:5 hesabı ilə qalib gəlmişdir. Yarışların bağlanma mərasimində YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Azərbaycan Respublikası Prezidentini cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatı tərəfindən cari ilin yanvar ayından başlayaraq silsilə tədbirlərin keçirildiyini, futbol üzrə komandalar arasında keçirilən rayon birinciliyinin YAP Ağcabədi rayon təşkilatının təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq mart ayının 4-də başladığını, bir ay davam edərək bu gün başa çatdığını qeyd etmişdir. Komandaları təbrik edən Rövşən Əhmədov kubok, Fəxri Fərman və medalları qalib komandaların üzvlərinə təqdim etmişdir.

Beləliklə, yarışlarda Cəfərbəyli kənd komandası I yeri, Ağcabədi şəhər komandası II yeri, 40 saylı Yol İstismar idarəsinin komandası isə III yeri əldə etmişlər.

Digər xəbərlər