Evtanaziya cinayətdir yoxsa qurtuluş?
Evtanaziya - yaşayacağından ümidi kəsilmiş, dəhşətli ağrılarına görə daha çox iztirab çəkmək istəməyən xəstənin öz istəyi ilə həyatına son vermək deməkdir. Evtanaziya adətən 2 formada həyata keçirilir. Bunlardan biri öldüyü halda tibb avadanlığına bağlanan və həyatı onların vasitəsilə xilas edilməyə çalışılan insanı həmin cihazlardan ayırmaqla baş verir. Digəri isə öz razılığı ilə öldürülməyini tələb edən ölümcül xəstəyə xüsusi dərmanlar, iynə ilə tətbiq edilən üsuldur.
Evtanaziya harda yarandı?
Qeyd eək ki, evtanaziya 1984-cü ildə ilk dəfə Niderlandda leqallaşdırılsa da dünyadakı ilk belə xidmət göstərən klinika Hollandiyada açılıb. O vaxtkı qanunlara görə evtanaziyaya məruz qoyulanların yaşı 18-i keçməli idi, eyni zamanda həkimi, xəstəxanası, psixiatrı ilə razılaşırıldıqdan sonra mümkün olurdu. Hazırda Avropada Belçika, İspaniya, Hollandiya, Lüksemburq və İsveçrədə evtanaziya haqqında qanun qəbul edilib.
ABŞ-da, Vaşinqtonda sağalmaz xəstəliklərə düçar olanlara həyatlarını “asanlıqla” başa vurmaları üçün həkimlərin öldürücü dərmanlar verməsinə icazə verən qanun 1999-cu ildə qüvvəyə mindi. 1998-ci ilin noyabrından bu ölkədə “qeyrətli ölüm” adlandırılan qanun layihəsi müzakirə edilirdi. Qanuna əsasən öldürücü dərmanları yalnız o pasientlərə vermək olar ki, onun ehtimallara görə həyatının sonuna yarım il qalıb və həmin şəxs 18 yaşına çatıb. Bütün qərarlar qəbul edildikdən sonra həkim hər hansı bir dərmanın öldürücü dozasını pasient üçün müəyyən edir və dərmanın alınması və qəbulu isə pasientin öz üzərinə düşür.
Azərbaycanda eftanaziya olmur: “bu insanlığa yaraşmaz”
Son illər Azərbaycanda da ölümün tezləşdirilməsi (evtanaziya) haqqında pasiyentin özünün, onun qohumlarının və ya maraqlarının təmsil edən şəxslərin xahişini yetirməyin qadağan olunacağı barədə müzakirələr aparıldı. Qeyd edək ki, bu “Pasiyentin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, beyni ölümü faktının konstatasiyasisı zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir.
Qanunla qadağan olduğu üçün ölkəmizdə xəstələrin evtanaziyası mümkün deyil. 1997-ci ildə qəbul edilmiş “Əhalinin Sağlamlığın Qorunması Haqqında Azərbaycan Respublikasının Qanunu”n 38-ci maddəsində yazılır: “Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü tezləşdirmək, həyatını davam etdirməyə kömək edən süni tədbirlərin dayandırılması qanunla qadağandır. Xəstəni bilərəkdən evtanaziya edən və yaxud etdirən şəxs qanunveriçilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”.
Etik sayan da var, qadağan edən də
Hazırda Avropanın bir neçə ölkəsində bununla bağlı müsbət qərarlar qəbul olunsa da Azərbayacanda bu məsələ ilə əlaqədar ciddi qadağa var, qanunlarımız evtanaziyanı qətiyyətlə qadağan edir. Evtanaziyanın yalnız və yalnız peşəkarlığı yüksək səviyyədə olan, tam islahatlar keçirilmiş səhiyyədə tətbiq edilməsi daha məqsədəuyğundur, səhiyyə islahatları başa çatmamış, mülkiyyət formaları tam formalaşmamış, icbari sığorta sistemi axsayan və yaxud olmayan ölkələrdə isə evtanaziyanın tətbiqi əlavə problemlər yarada bilər.
Ekspertlər hesab edir ki bu məsələ ictimaiyyətin müzakirəsinə - referenduma çıxarılmalıdır. Bu qərarın bir nazirliyin və ya idarənin qərarı olmaması daha doğru addım olar, bu işin məsuliyyəti altına hamının girməsi daha məqsədəuyğundur.
Hazırda evtanaziya Hollandıya, İsveçrə, Danimarka və Belçika kimi dövlətlərin hüquq sistemlərində bəzi şərtlər altında qanuni akt kimi qəbul edilir. Bununla yanaşı Danimarka qanunlarına görə 16 yaşlı gənc yardımlı intihar edə bilər. 12-16 yaş arasında yeniyetmələr isə valideynlərinin razılığı əsasında evtanaziyadan istifadə edə bilər.
Almaniyada 1 sentyabr 1939-cu ildə sağalmaz xəstələr, əqli zəiflərə və fiziki cəhətdən düzgün formalaşmayan uşaqlar üçün “mərhəmətli ölüm” adlı qərar qəbul edilib. Hələ 1939-cu ilin əvvəlində evtanaziya əmaliyyatı çərçivəsində əqli problemi olan 70 min alman öldürülüb. Almaniyada evtanaziya müəyyən şərtlər çərçivəsində bu gün də qəbul edilməkdədir.
ABŞ-da hələ 20-ci əsrin əvvəllərində müzakirəyə çıxarılan bu məsələ ilə bağlı 1906-cı ildə Ohayo ştatının Parlamentinin qəbul etdiyi qərara görə sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlar xüsusi təşkil edilmiş və minimum 4 nəfərdən ibarət komissiyalara müraciət edə bilər və komissiyanın qərarı ilə əzablı həyatlarına son qoya bilərlər. Lakin qanun ali məhkəmə tərəfindən rədd edildi.
Yenidən 2008-ci ilin noyabr referendumunda təsdiqlənmiş və Vaşinqton hökumətinin 6 mart 2009-cu il qanununa əsasən son mərhələdə intihara yardıma icazə verir. Həmçinin qanun daxilində xəstələrə altı ay içərisində tibbi yardımla ölüm üçün həkimə müraciətə icazə verilir. Oreqon və Montana kimi ştatlarda da eyni prosedurdur.
Lüksemburqdakı mövcud qanun 2009-cu ilin 17 martından evtanaziya və intihara yardımı qanuni edib. Kanadada könüllü evtanaziya 2015-ci ildən etibarən həyata keçirilir. İnsanlar xəstəliyin sonuncu mərhələsində ölüm üçün tibbi yardıma müraciət edə bilər.
Rusiya Federal qanunlarına görə 45-ci maddə evtanaziyanı qadağan edir.Qanun maddəsində pasiyentin öz arzusu ilə evtanaziya edilməsinə görə cəza tətbiqi nəzərdə tutulur.Bununla belə bu məsələ yenidən müzakirələr üçün açılıb. Çünki Rusiyada son illər ağır xəstəliklərə tutulmuş insanların intihar edərək həyatlarına son verməsi halları çoxalıb.
Türkiyədə isə evtanaziya qadağan edilməklə yanaşı bunu həyata keçirən şəxs ömürlük həbslə cəzalandırılır. Avropa İnsan Hüquqları Məhkəməsinin də evtanaziyaya qarşı münasibəti xoş deyil.
“Ölüm haqdır, yaradandan başqa heç kimin buna ixtiyarı yoxdur”
İlahiyyatçı Seymur Hacıyev deyir ki, müsəlman aləmində belə bir qərar doğru addım deyil: “Bu yaradanın işinə qarışmaqdır, başqa cür açıqlaması yoxdur. İlahi qüvvənin hər bir qulun üzərində haqqı var. Ölüm bir mələkdir, hər kəs ömür payını Allah-təalanın verdiyi qədər yaşayır. Kİm nə vaxt doğulacaq, nə vaxt öləcək – ondan başqa heç kim bilmir. Hər kəs bir vasitə ilə haqq dünyasına qovuşur, kimi qəza ilə, kimi əcəl ilə - hamısına Allah qərar verir. Ölüm bir olan Allahdan sonra ən uca olan ilahi vəsilədir. Ölümü də hər kəs dəyərləndirə bilmir”.
Müsahibimiz deyir ki, İslam özünəqəsdi qətiyyətlə rədd edir: “Peyğəmbərimiz deyib ki, bir insanı öldürmüş kəs bütün insanlığı öldürmüş kimidir. Xəstənin iki ay, 2 il vaxtının qalmasını yalnız yaradan müəyyənləşdirə bilər, o xəstənin həyatının sonu təkcə ona məlumdur. İslam qanunlarında evtanaziya haram sayılır və hem bir müsəlman ölkəsində bu cür qərar yoxdur”.
Erməni həkim sağalacaq insanlara evtanaziya tətbiq edirmiş
Erməni riyakarlığının bir forması da evtanaziya tətbiqində qeydə alınıb. Belə ki, bu gün də evtanaziya tətbiqini məqbul sayan qanunun qüvvədə olduğu Kaliforniyada 1958-ci ildən qəzetlərdə evtanaziyanın təbliği aparılırdı. Məqalələrin çoxunun müəllifi də Qevorkyan soyadlı erməni olub. O tez tez mətbuatda “asan ölüm” elanları verirdi, müraciət edənlər də onun zəhərli iynələri ilə ölürdü.
Sonradan məlum oldu ki, onun evtanaziya ilə öldürdüyü 10 nəfərin əksəriyyəti ölümcül xəstəliyi olanlar olmayıb. Yəni erməni həkim sağala biləcək xəstələri də öz razılıqları ilə öldürüb, amma onlara sağala biləcəklərini deməyib. Onun məqalələri qətiyyətlə pislənirdi. Qevorkyanın gizlicə evtanasiya xidməti göstərdiyi aşkarlanandan sonra isə o həkimlikdən uzaqlaşdırıldı və 25 il müddətinə həbsə məhkum edildi.
Lalə Mehralı