Ermənistanın “Hraparak” qəzeti yazır ki, Dığ (Tex) kəndinin sakinləri üçün icra nümayəndəsi David Qulunts və onun komandası Azərbaycan silahlı qüvvələrindən heç də az olmayan təhlükə yaratmağa başlayıb. Bildirilir ki, o, kənddə “qanunsuzluq” edir, özünü "qanuni oğru" kimi aparır.
“Bizdə olan məlumata görə, iki gün əvvəl Gülüntslə kənd sakini, 23 yaşlı Aşot Qalstyanla aralarında mübahisə baş verib və sonda əlbəyaxa dava olub. Tərəflərin adamları da hadisə yerinə gəlib və kütləvi dava düşüb. Bizə dedilər ki, Quluntsun başı ciddi xəsarət alıb, 23 yaşlı gənc isə üzündəki müxtəlif dərəcəli sınıqlarla Heratsi xəstəxanasına aparılıb.
Xəstəxanadakı mənbənin sözlərinə görə, oğlanın palatası ciddi nəzarətdədir və bu gün o, bir neçə əməliyyat keçirəcək. Çətinliklə danışır, amma döyüldüyü açıq-aydın görünür. Sualı eşidən Aşot Qalstyanın atası deyib ki, indi danışa bilmirəm, 10 dəqiqədən sonra zəng edin. Lakin 10 dəqiqədən sonra əlçatmaz olub. Kəndin rəhbəri Gülünts isə adi aqressiv davranışı ilə yalan danışdıqlarını, “belə bir şey yoxdur” deyib və sonra qeyd edib ki, Qalstyanın oğluna nəsə olub, sənə nə dəxli var? Öz işinlə məşğul ol... Qalstyan oğlunun döyüldüyünü deyirsə, qoy polisə getsin.
Qeyd edək ki, Quluntsu keçmiş qubernator, hazırda müdafiə nazirinin müşaviri, oğlu vilayət prokuroru olan Melikset Poqosyan dəstəkləyir. Onu da əlavə edək ki, dünən Dığ kəndinin Ağsaqqallar Şurasının müxalifətçi üzvü Masis Zeynalyan da deyib ki, Quluntsun mafiyası onu döyüb.