"Həm daxili, həm də xarici ezamiyyə xərclərinin artırılması məsələsi bu gün müzakirə edilən məsələlər sırasındadır, bu istiqamətdə müəyyən təkliflərimiz də var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, əldə edilən məlumat hökumətdə də bu məsələnin müzakirə olunduğunu deməyə əsas verir: "Ümumiyyətlə ezamiyyə xərclərində artımın olması gözləniləndir. Buna görə də yaxın zamanda ezamiyyə xərclərinə baxılması və artırılması ilə bağlı qərarın verilməsi də mümkün görünür. Baş tutacaq artımlar həm xaricə səfər edən, həm də ölkə daxilində ezamiyyə həyata keçirən vətəndaşlarımıza şamil olunacaq".
Müəllif: Səbinə Hüseynli