PDF Oxu

Sosial

  • 4 397

“AQTA-nın labaratoriyaları KİV-ə açıq olmalıdır” - QURUM RƏSMİSİ AÇIQLADI

“AQTA-nın labaratoriyaları KİV-ə açıq olmalıdır” - QURUM RƏSMİSİ AÇIQLADI

“Hərənin öz ailəsi üçün çox böyük istəkləri ola bilər. Lakin bu istəklər xalq tərəfindən dəstəklənməzsə, bu zaman istəklər xəyal olaraq qalar. Bu proses istənilən insan qrupuna aiddir. Dövlət başçımız qidanın təhlükəsizliyinin qorunması üçün iradə göstərib, qurum yaradılıb. İndi isə geriyə qalan məsələnin dəstəklənməsidir. Burada da dövlət qurumlarının üzərinə böyük yük düşür. Belə ki, onlar daim xalqla təmasda olmalı, onlarla birgə işləməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.Onun sözlərinə görə, hazırda ictimai nəzarət cənab Prezidentin etdiyi çağırışlara cavab verə bilmir: “İki il AQTA-da ictimai şurada iştirak etdim. Lakin son 7 ayda ümumiyyətlə heç bir iclas keçirilmədi. Yəni AQTA ictimai nəzarətin təmin olunması üçün KİV ilə fəal iş aparsın. Bu gün vətəndaşlar tərəfindən AQTA-ya güvən yoxdur. Çünki ictimai nəzarət düzgün aparılmır. AQTA-nın labaratoriyaları KİV-ə açıq olmalıdır. Bir sözlə AQTA üzünü xalqa doğru çevirməli, xalqın rəğbətini qazanmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər