PDF Oxu

Sosial

  • 3 562

4 illik fasilədən sonra Rusiyadan Gürcüstana ilk təyyarə eniş edib FOTOLAR

4 illik fasilədən sonra Rusiyadan Gürcüstana ilk təyyarə eniş edib FOTOLAR

4 illik fasilədən sonra Rusiya Federasiyasından Gürcüstanın paytaxtı Tbilisi şəhər aeroportuna ilk təyyarə eniş edib. Moskvadan Tbilisidəki Şota Rustaveli hava limanına enən Azimut aviaşirkətinə məxsus təyyarəni insanlar seviclə qarşılayıblar. Bu isə onu deməyə əsas verir ki, Rusiya-Gürcüstan əlaqələri yenidən qurulacaq. Rusiya gözlənilmədən qapılarını o qədər geniş, o qədər açıq açdı ki, hətta gürcülər üçün vizaları ləğv etdi. Gürcüstan hökuməti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanla viza rejiminin ləğv edilməsi qərarını alqışlasa da, ölkə prezidenti etiraz edib. Bu isə Gürcüstanda hökumətlə prezident arasında dərin çatların olmasından xəbər verir. Gürcülərin 50 faizi Rusiya ilə əlaqələrin inkişafını dəstəkləyirlər. Digər qismi isə Qərbə yönəlik siyasətin aparılmasının tərəfdarıdırlar.

Digər xəbərlər