Cəmiyyət

  • 3 054

Xeyirxah insanların dəstəyi ilə

image

Viləş kənd məktəbinin iclas zalı yenidən qurulub

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, ərazi nümayəndəliyi, bələdiyyə, kənd ictimaiyyəti və media nümayəndələrinin iştirakı ilə Viləş kəndində daxili imkanlar hesabına Seyran Hacıyev adına tam orta məktəbin geniş iclas zalının yenidən qurulması münasibətilə tədbir keçirilib.

Tədbirdə Lənkəran — Astara Regional İdarəsinin müdiri Elxan Nəcəfov, Masallı Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və əməkdaşları da iştirak etmişlər.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran — Astara Regional İdarəsinin müdiri Elxan Nəcəfov, iki şəhid anası Ziba Əsgərli, Viləş kənd S.Hacıyev adına tam orta məktəbin direktoru Ehtiram Abasov və direktor müavini Nazilə Tahirova, şəhid ailəsi adından Əlicavad Hacılı və başqaları çıxış edərək daxili imkanlar hesabına istifadəyə verilmiş gözəl akt zalına görə əməyi keçən xeyirxah insanlara minnətdarlıq etmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər