Sosial

  • 4 241

Azərbaycan Bayrağı! ŞEİR

image

Od yurdunun çırağı
Azərbaycan bayrağı!
Xəzərin sahilində,
Uca zirvə vüqarı…
Azərbaycan bayrağı!


Mavi, qırmızı, göy rəng
Ay - Ulduz şəfəqlərin…
Allah verdiyi rövnək,
Açılması çox dərin,
Ulusudur Türklərin!

Xalqımın iftixarı,
Əyilməz milli bayraq!
Halal ruzi torpağı,
Səcdə et, Ona, ancaq
Qəlbin ruhudur Bayraq!

İşğaldan azad oldu,
Qarabağın torpağı!
Ürəklərə nur doldu,
Yandı elin çırağı.
Şanlı Zəfər Bayrağı!

Mürsəlova Ofelya Mürsəl qızı
ADPU-nun pedaqoqika kafedrasının sabiq baş müəllimi

Digər xəbərlər