Sosial

  • 2 209

İraqlı professor Azərbaycanın inkişafından yazdı

image

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə İraq Tədqiqatlar Mərkəzinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Moataz Muhi Əbdülhəmidin bir sıra mətbuat orqanlarında məqaləsi dərc olunub.

İraqlı professor yazır ki, “Azərbaycanın Müstəqillik Günü və İraq-Azərbaycan əlaqələrinin əhəmiyyəti” sərlövhəli məqalədə cari ilin martında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ilk dəfə Azərbaycana səfər etdiyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyev ilə İraq Prezidentinin görüşü qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük təkan verib.

Məqalədə bildirilib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika olub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət azad və müstəqil dövlətçilik ənənəsi və institutları formalaşdıra bilib. Həmin dövrdə təhsilin, mədəniyyətin, səhiyyənin və ictimai-siyasi həyatın digər sahələrinin inkişafı üçün əsas yaradılıb. Lakin Azərbaycanın təbii sərvətlərinə nəzarəti itirmək istəməyən bolşevik Rusiyasının işğalı ilə demokratik respublika süquta uğrayıb.

Digər xəbərlər