Sosial

  • 2 249

AQTA əməkdaşları təmizlik aksiyalarında iştirak ediblər

image

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları 5 İyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər. Aksiyalar Kür çayı, Araz çayı, Sumqayıtçay, Qusarçay, Qudyalçay, Pirsaatçay, Gümrükçay, Kiş çayı, Tərtərçay, Gəncəçay çay sahillərində təşkil olunub. AQTA-dan SİA-ya verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci ildə keçirilən toplantısında iyunun 5-nin hər il Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu il bu gün “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası” devizi altında təşkil edilib.

Digər xəbərlər