Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənib. Sorğu çərçivəsində müsahibə götürmək üçün ölkə üzrə ümumilikdə 1908 nəfərə müraciət olunub. SİA xəbər verir ki, onların 1518 nəfəri sorğuda iştirak etmək üçün razılıq verib, 390 nəfər isə sorğudan imtina edib.Qeyd edək ki, sorğuda iştirak etməyə razılıq verən şəxslərə “Bu il ərzində dövlət orqanlarına hər hansı xidmətdən istifadə etmək üçün müraciət etmisinizmi ?” sualı ünvanlanıb. Onlardan 450 nəfər cari il ərzində dövlət orqanlarının xidmətlərindən istifadə etmək üçün müraciət etmədiyini, 1068 nəfər isə xidmət almaq üçün müraciət etdiyini bildirib.Xidmətdən istifadə etmək üçün müraciət edənlərin gender bölgüsü üzrə 58,0 faizi kişi, 42 faizi qadın olub.Yaş qrupları üzrə nəzərdən keçirsək, onların orta yaş qrupları üzrə sayı əsasən bərabər ölçülərdə paylanıb. Belə ki, 15,7%-i 26-35, 22,1%-i 36-45, 22,3%-i 46-55, 24,5%- i 56-65 yaş qruplarına aid respondentlər olub. Həmçinin cəmi 5,9%-i 18-25 yaş qru- punda, 9,5%-i 65 yaşdan yuxarı qrupda olub.