PDF Oxu

Sosial

  • 3 542

“Ekoloji təmizlik aksiyaları insanların diqqətindən kənarda qalır, həvəssiz yanaşırlar” - KULTUROLOQ DANIŞDI

“Ekoloji təmizlik aksiyaları insanların diqqətindən kənarda qalır, həvəssiz yanaşırlar” - KULTUROLOQ DANIŞDI

“Azərbaycan dünyanın bir çox isti ölkələrində olduğu kimi artıq çimərlik mövsümünə hazırlaşır. Qarşıdan qızmar yay gəlir və insanlar dənizdən istirahət etmək, əyləncəli vaxt keçirmək üçün istifadə edirlər. Amma biz bu gözəlliklərdən kifayət qədər və düzgün şəkildə yararlana bilmirik. Qlobal istiləşmə, təbii suların ekoloji baxımdan çirklənməsi, dənizdə suyun bakterioloji olaraq çirklənməsi məsələsi ortaya çıxır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.Onun sözlərinə görə, Azərbaycan insanının çimərlik mədəniyyətinə nə dərəcədə yiyələndiyi isə sual doğurur: “Bu məsələ də olduqca mühümdür. İnsanlar hələ də dəniz qırağında istirahətlərini bitirdikdən sonra tökdüklərini yığışdırmadan ərazini tərk edirlər. Bu isə böyük ekoloji problemin əsasını qoyur. Biz dəfələrlə bununla bağlı mətbuatda çağırışlar etmişik.Leyla xanım Əliyevanın rəhbərliyi ilə sözügedən istiqamətdə ciddi işlər görülür. Ekologiyanı qorumaq və dəniz sahilini zibilləməməklə bağlı daim çağırışlar olunur, ciddi işlər görülür. Lakin biz hər zaman keçirilən ekoloji təmizlik aksiyaları insanların diqqətdən kənarda qalır, həvəssiz yanaşırlar.İnsanlar dərk etməlidirlər ki, cəmiyyət və toplum təbiətə necə münasibət göstərərsə, qarşılığında da onu görəcəkdir. Bu baxımdan da vətəndaşların çimərliklərdən etik davranış normaları çərçivəsində istifadə etməsi həm onların sağlamlığı, həm də təbiətin ekoloji sağlamlığı üçün mühümdür”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər