PDF Oxu

Sosial

  • 4 761

Məzuniyyəti hissə-hissə götürmək olar? - HÜQUQŞÜNAS AÇIQLADI

Məzuniyyəti hissə-hissə götürmək olar? - HÜQUQŞÜNAS AÇIQLADI

"Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.O, sözlərinə belə davam edib: Məzuniyyət hüquqi 4 növə bölünür:

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyət
b) sosial məzuniyyət
c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti
ç) ödənişsiz məzuniyyət.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər".
Ayşən Vəli

Digər xəbərlər