PDF Oxu

Sosial

  • 3 693

Qurban əti birinci gün yeyilirmi?.. SAĞLAMLIQ

image

Qurban bayramına bir neçə gün qalmış mütəxəssislər qurban ətinin hazırlanması və saxlanması ilə bağlı xəbərdarlıq edirlər. Mövzu ilə bağlı danışan Çam və Sakura Şəhər Xəstəxanasının dietoloqu Volkan Çiçekdağ ətin ən az 1 gün dincəlməsi lazım olduğunu vurğulayaraq, uzun müddətli saxlama üçün donduruculardan istifadənin vacib olduğunu söyləyib.

Qurban bayramında sağlam qidalanmanın mühüm tərkib hissəsi olan ət məhsullarının istehlakı artmasını nəzərə alan mütəxəssis ətin saxlanma şəraiti, istehlakı və düzgün bişirilmə üsullarının da vacibliyinə diqqət çəkir. O, qurban ətinin lazımi şəraitdə saxlanılmaması, yaxşı bişirilməməsi nəticəsində insan sağlamlığına mənfi təsir göstərdiyini bildirib, ifrazat və həzm sisteminə təsir edən parazit növü lent qurdunun bakteriya ilə insan orqanizminə keçdiyini, az və ya çiy bişmiş ət istehlakı və pis gigiyena şərtləri ilə bulaşdığını qeyd edib.

Bayramda ət istehlakı ilə yanaşı, şirniyyatın da artdığını söyləyən Çiçekdağ bunun həddindən artıq olmamasını vurğulayıb, həmçinin maye qəbulu və idmanla bağlı xəbərdarlıq edib.

“Qida zəhərlənməsi ola bilər”

Qurban bayramında ətin istehlak edilməsinin və düzgün şəraitdə saxlanmasının vacib olduğunu ifadə edən Volkan Çiçəkdağ, “Qurban ətində sərtlik müşahidə edirik, ona görə baxdığımızda ət ideal olaraq 24 saat dincəlməlidir. Xüsusən də mədəsində problem olan insanlar bundan narahatıq yaşaya bilərlər. Ona görə də əti ən azı 1 gün dincəldikdən sonra istehlak etmək faydalıdır. Saxlanma şəraiti və bişirmə üsulları ilə yanaşı, ətin istirahət etməməsi bəzi əlverişsiz vəziyyətlərə səbəb ola bilər. Belə ki, əti yaxşı və düzgün bişirməsək, orada çoxalan bakteriyalara görə qida zəhərlənməsi və ya istəmədiyimiz sağlamlıq problemi ilə qarşılaşa bilərik. Ətdən uzun müddətli istifadəni düşünürüksə, dərin dondurucularda mənfi 18 dərəcədə saxlanılmalıdır.

Ancaq qısa müddətdə istifadə olunacaqsa, mənfi 2 ilə 4 dərəcə arasında bir neçə gün saxlanıla bilər. “Tape qurd” dediyimiz qurd bağırsaq florasını pozur və arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu səbəblə tədbir görməkdə fayda var.

Ətləri manqalda, sobada və qaynadılmış üsullardan istifadə edərək bişirməyi məsləhət görürük. Yüksək yağlı və yüksək temperaturda bişmiş ətin zülal strukturu da pisləşir. Tərkibindəki vitamin dəyərləri də ölür. Yağda bişirilməsi məsləhət görülmür.

Səhər yeməyini yalnız qovurma ilə etməyi çox uyğun görmürük. Tövsiyəmiz budur ki, Qurban bayramı günlərində süfrələrdə standart pendir, zeytun, yumurta və digər məhsullar olsun, səhər yeməyini də həmişəki kimi eyni şəkildə yeyilsin.

Dietoloq məsləhət bilir ki...

Qurban bayramında etibarlı nöqtələrdə satılan qurbanlara üstünlük verilməsi lazım olduğunu ifadə edən dietoloq Volkan Çiçekdağ bayram günlərində təkcə ət deyil, şirniyyat istehlakının da artdığı barədə xəbərdarlıq edib, tövsiyələr verib. Bunlardan birincisi bildiyimiz etibarlı yerlərdən qurban kəsməyə üstünlük verməyin vacib olmasıdır.

Əgər insanın, ümumiyyətlə, qida istehlakında xroniki xəstəlikləri varsa, istər ət, istərsə də şirniyyat olsun, buna uyğun istehlak etməlidir. Bayram günlərində xüsusilə şirniyyatlar bir az çox ola bilər. Ziyarətə getdiyimiz yerdə şirniyyat verilir və təbii ki, ondan imtina etmirik. Təbii ki, imtina edə bilmərik, amma payın miqdarına diqqət yetirək. Şərbətli desertlərin porsiya ölçüsü daha vacibdir.

Südlü desertlərə müraciət etsək, daha faydalı olar. Maye ilə birlikdə tərəvəz istehlakına böyük diqqət yetirməliyik. Ətdən aldığımız dəmir və digər vitaminlərin orqanizmə daha tez inteqrasiyasını təmin edən lifli qidalar və tərəvəzlərdir.

Əgər manqalda ət bişiririksə, onu yalnız oda çox dəymədən istisini alacaq şəkildə bişirməyimiz, kömürlə təmas etdirməməyimiz vacibdir. Əks halda qida zəhərlənməsi ilə qarşılaşa bilərsiniz.

Ətin saxlanma şəraitini düzgün həyata keçirə bilməsək, o, məhv olar, mütləq buna diqqət yetirməliyik. Tutaq ki, dondurduq, ətdən istifadə edəcəyik, əridikdən sonra onu yenidən saxlamağa imkanımız olmayacaq. Biz əti yenidən dondurmağa meyl etdikdə onun strukturunu pozuruq və sağlamlıq baxımından problemli olur.

Qurban bayramında qida istehlakımız artacağı üçün idmana, gəzintilərə önəm verilməlidir. Ən azı yarım saat, 40 dəqiqə piyada getməyi təklif edirəm”, - deyə dietoloq bildirib.

Tərcümə-Mətanət Məmmədova

Digər xəbərlər