Bu il Səudiyyə Ərəbistanına gedən xarici zəvvarların sayı 1,5 milyonu keçib.SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Pasportlar Baş İdarəsi məlumat yayıb.Bildirilib ki, bu günə qədər 1 milyon 626 min 500 zəvvar ölkəyə daxil olub:"Onların 1 miyon 559 min 53-ü hava yolları ilə, 60 min 617-si quru yolla, 6830-u isə dəniz yolu ilə gəlib".Qeyd edək ki, Səudiyyə Ərəbistanının Statistika Komitəsi 2023-cü il üçün ümumilikdə kvotanın 2,3 milyon nəfər olduğunu müəyyən etmişdi.