PDF Oxu

Sosial

  • 3 513

DNT deqradasiyası yaradan qulaqcıqlar -TƏHLÜKƏ

DNT deqradasiyası yaradan qulaqcıqlar -TƏHLÜKƏ

Simsiz qulaqcıqlar, "bluetooth" saatlar və səsgücləndiricilər insan orqanizmi üçün təhlükəlidir

Simsiz qulaqcıqlar çox uzun müddət istifadə edildikdə, maqnit sahəsinin təsiri insanın hüceyrə DNT-sinin pozulmasına, xərçəng əmələ gəlməsinə və s. xəstəliklərə səbəb ola bilər. Həmçinin, bu qulaqcıqlar vasitəsilə yüksək səslə musiqi dinləmək qalıcı eşitmə probleminə səbəb ola bilər.

"Bluetooth" texnologiyası son vaxtlar bir çox sahələrdə istifadə olunur. Bu sahələrin başında təbii ki, geyilə bilən texnoloji cihazlar və kompüter, telefon avadanlıqları gəlir. Texnologiya şirkətləri "bluetooth" texnologiyasının köməyi ilə yüksək performanslı geyilə bilən texnoloji cihazlar və telefon avadanlıqlarını bazara təqdim etməyə başlayıblar. Bura qulaqcıqlar, saatlar da daxildir. Həmçinin simsiz səsgücləndiricilər də insan orqanizmi üçün təhlükəlidir.

Doğrudur, bu avadanlıqların istifadəsi insanlar üçün çox rahatdır. Bu gün bir çox texnologiya şirkəti "bluetooth" qulaqlıqları istehsal edir. Bu, bazarda da müxtəliflik yaradır. Bazardakı müxtəliflik istifadəçilərə istədikləri keyfiyyətdə "bluetooth" qulaqlıqlarını daha sərfəli qiymətlərlə almaq imkanı yaradır. Lakin keyfiyyət və təhlükə məsələsi düşündürücüdür.

Kaliforniya Universitetinin professoru Dr. Joel M. Moskowitz deyir ki, elektromaqnit dalğalarının sağlamlığa mənfi təsirləri ilə bağlı çoxlu araşdırmalar aparılsa da, uzun müddətli elektromaqnit dalğalarına məruz qalma nəticəsində yarana biləcək problemlərə qarşı hansı ehtiyat tədbirlərinin görülə biləcəyi haqqında kifayət qədər məlumat yoxdur. Ona görə də simsiz qulaqcıqlardan istifadə edənlər bu təhlükənin ola biləcəyi ehtimalını da nəzərə almalıdırlar.

Uzun müddət istifadə edildikdə simsiz qulaqcıqları radiotezlik radiasiyası adlanan müəyyən növ ionlaşmamış elektromaqnit sahəsi yayır. Eyni təhlükəni kompüterlər, mobil telefonlar və hətta mikrodalğalı sobalar da yaradır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi bu növ radiasiyanı insanlarda xərçəngə səbəb ola biləcək təhlükə kimi təsnif edir. Bu təsnifat mobil telefon istifadəsinin beyin xərçənginə rəvac verməsi fikrinə əsaslanırdı. Eynilə, həmin universitetin 2018-ci ildə mobil telefonlarda 2G və 3G texnologiyalarının xərçəngə səbəb ola biləcəyi barədə apardığı elmi araşdırmaları da bunu sübut etmişdi.

Mütəxəssislər bildirirlər ki, simsiz, başqa adla "bluetooth" qulaqcıqları insanların diqqət səviyyəsini azaltmaqla yanaşı, onların ətraf mühitə qarşı həssaslığını azaldır, həmçinin yol qəzalarına da səbəb olur. Ekspertlər hesab edir ki, simsiz qulaqcıqların, xüsusilə, sosial ünsiyyət və sosial inkişaf baxımından gənclərə mənfi təsir göstərməsi barizdir.

Uzun müddət istifadə edilən simsiz qulaqcıqların təhlükəsinə diqqət çəkən qulaq, burun, boğaz həkimi Məlahət Həsənəliyeva bildirir: "Bluetooth qulaqcıqları son vaxtlar, xüsusilə, gənclər tərəfindən çox istifadə edilən cihazdır. "Bluetooth", əslində, radiotezlik şüasıdır. Yəni, ionlaşdırıcı olmayan bir şüadır. Maqnit sahəsi ola bilər, "bluetooth"un yaratdığı şüalanma qulağa zərər verər. Bu, dövrümüzün əsas problemidir, xüsusilə, gənclər arasında çox yayılıb, elə eşitmə narahatlığına görə müraciət edənlərin əksəriyyəti də gənclərdir."
Qeyd edək ki, araşdırmalar prosesində maqnit sahələrinə məruz qalan siçanlar və ya dovşanlar üzərində aparılan tədqiqatlar göstərib ki, ürək və beyin şişləri kəskin şəkildə artır. Çox uzun istifadə müddətində maqnit sahəsinin təsirindən hüceyrə DNT-sinin pozulması, xərçəng əmələ gəlməsi kimi problemlər yarana bilər.

Xüsusilə, maşın sürərkən qulaqcıqdan istifadə edən insanlar görürük. Təbii ki, onlar belə olanda ətrafdan gələn səsləri eşitməkdə çətinlik çəkirlər. Həmçinin, qulaqcıqda olan insanların yol hərəkətinin təşkilində problem yaratmaları faktları da çoxdur, çünki qulaqcıq onun ətrafa həssaslığını minimuma endirir.

Aparılan araşdırmalar zamanı əldə edilən nəticələrdən sonra alimlər xəbərdarlıq edirlər ki, xroniki şüalanmaya məruz qalmanın potensial sağlamlıq risklərinə xərçəng, genetik zədələr, nevroloji pozğunluqlar, öyrənmə və yaddaş çatışmazlığı, reproduktiv problemlər və digərləri daxildir.

Bluetooth və simsiz qulaqlıqlar mobil telefon ilə müqayisədə daha az radiasiya yaysa da, onların bədənə daha yaxın mövqedə istifadə ediləsi bu risqi artırır. Belə ki, "bluetooth" cihazlarının - xüsusilə simsiz qulaqcıqların təsirinə qulaqların faktiki məruz qalması mobil telefonunuzdan məruz qala biləcəyiniz şüalanmanın yarısı qədərdir. Lakin mobil telefonu mikrofon rejimində istifadə etmək bu riski dəfələrlə azaldır, amma geyilə bilən simsiz texnoloji alətlər riski artırır.

Lalə Mehralı

Digər xəbərlər