Daha bir ölkənin aparıcı media orqanı Qərbi Azərbaycan mövzusu barədə yazı dərc edib. Belə ki, Malayziyanın nüfuzlu “Astro Awani” qəzetində “Öz evindən qovulmaq - Tarixi faktlar əsasında Qərbi Azərbaycan reallığı” sərlövhəli məqalə yayımlanıb.
Ölkəmizin Malayziyadakı səfirliyinin diplomatı Elsevər Salmanovun müəllifi olduğu məqalədə Azərbaycan ərazisinə məqsədyönlü şəkildə ermənilərin köçürülməsi, süni bir erməni dövlətinin yaradılması, həyata keçirilmiş bu layihənin tərkib hissəsi kimi ermənilərin bölgəyə köçürülməsinə paralel olaraq azərbaycanlıların planlı şəkildə bölgədən qovulması, yer, tarixi bina, coğrafi adların dəyişdirilməsi faktlarından bəhs olunur. Yazıda qeyd olunur ki, beynəlxalq hüququn kobud şəkildə pozulması nəticəsində yüz minlərlə azərbaycanlı faciə ilə üzləşib. Onların hüquqlarını müdafiə məqsədilə 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti təsis edilib, 2022-ci ildə həmin təşkilat Qərbi Azərbaycan İcması adı altında yenidən təşkilatlanaraq daha səmərəli fəaliyyət həyata keçirməyə başlayıb.
Mətləb