PDF Oxu

Sosial

  • 3 143

“Ailə, qadın, uşaq məsələləri mediada” adlı müsabiqənin qalibləri elan edilib

“Ailə, qadın, uşaq məsələləri mediada” adlı müsabiqənin qalibləri elan edilib

Bu gün Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq zamanı çıxış edərək statistikanı diqqətə çatdırmış, daha sonra isə jurnalistlərin sualları cavablandırılıb. SİA xəbər verir ki, tədbirin ikinci hissəsində “Ailə, qadın, uşaq məsələləri mediada” adlı müsabiqənin qalibləri elan edilib. Tədbirdə çıxış edən Bahar Muradova jurnalistləri milli mətbuat günü münasibətilə təbrik etmiş, komitə məlumatlarının mediada geniş işıqlandırılmasında verdikləri dəstək üçün təşəkkürünü bildirib.Müsabiqənin yekunlarına həsr edilən məlumatlandırıcı video nümayiş etdirilib. Müsabiqəyə ümumilikdə 30 məqalə, 6 süjet təqdim edilib. Onlardan 21-i araşdırma, 9-u esse, 3-ü hekayə, 1-i müsahibə və 1-i reportaj janrında olub.
Müsabiqədə 3 qalib müəyyən edilib. Qaliblər komitə tərəfindən təltif ediliblər.

Digər xəbərlər