"Qanvermə aksiyasına ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar qoşulub". SİA xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib."Əvvəllər zəncirlə vuraraq qan çıxarmaq halları mövcud olub. İmam Hüseyn də bugünkü qanvermə aksiyalarından razı qalardı. Bu gün qonşu ölkələrdə də qanvermə aksiyaları keçirilib. Kərbəla şəhidləri bizim yaddaşımızdadır və biz bunu heç vaxt unutmayacağıq. Azərbaycan bu gün bütün dünyaya nümunədir”.