PDF Oxu

Sosial

  • 3 608

Tərləyən avtobus, qoxuyan metro: nə etməli? -PROBLEM

Tərləyən avtobus, qoxuyan metro: nə etməli? -PROBLEM

İctimai nəqliyyatda və qapalı məkanlarda bədən qoxusu problemini necə aradan qaldırmalı?

İnanılmaz dərəcədə isti keçən yay fəsli həddən çox tərləməyimizə səbəb oldu. İnsan tər ifraz etdikcə həmin maye dəridəki bakteriyalarla qarışır və nəticədə bədən qoxusu yaranır. Tərləmə, insan bədəninin temperaturu tənzimləmə üsuludur. Tər özü faktiki olaraq qoxusuz olsa da, bakteriyalar ondan münbit çoxalma vasitəsi kimi istifadə edir və sürətlə çoxalırlar.

Niyə tərləyirik?

Bədənin pis qoxusu, keratin zülalının bakteriyalar tərəfindən parçalanması zamanı dərinizin səthində yaranan bakteriyalara aiddir. Tərdən yaranan bədən qoxusu tibbdə “bromhidroz” adlandırılır. Bədənimiz başqalarının xoşlamadığı bir qoxu yaydıqda buna bədən qoxusu deyilir. İnsan həddi-büluğa çatdıqda heç bir tədbir görülməzsə, adətən bədən qoxusu yaranır. Piylənmədən əziyyət çəkən insanlarda, müntəzəm olaraq ədviyyatlı qidalar qəbul edənlərdə və şəkərli diabet kimi müəyyən xəstəlikləri olan insanlarda bədən qoxusu daha çox yaranır.

Çox tərləyən insanlar, yəni hiperhidroz olanlar da bədən qoxusuna qarşı həssas ola bilərlər. Bununla belə, tərin duz səviyyəsi çox vaxt bakteriyaların parçalanması üçün çox yüksək olur. Bu, həddindən artıq tərləmənin hansı bölgədə baş verdiyindən və hansı növ tər vəzilərinin bu prosesdə iştirak etdiyindən asılıdır.

Bədən qoxusu yetkinlik dövründə “androgen” adlanan hormonların artması səbəbindən başlayır. Bu hormonlar yetkinlik yaşına qədər aktiv deyil. Buna görə də, kiçik bir uşaq olanda bədən qoxusu problem deyil. Bu hormonlar aktiv olduqdan sonra ar məşq, isti hava, artıq çəki, hormonlarda dəyişikliklər, diabet, qaraciyər xəstəliyi və ya böyrək xəstəliyi kimi müəyyən sağlamlıq problemləri, bəzi dərmanlar, məsələn, antidepresantlar, pəhriz, bəzi yağlı qidalar, yağlar və ya sarımsaq, soğan kimi kəskin qoxulu qidalar məsamələrinizdən sızaraq bədən qoxusuna səbəb ola bilər.

Qoxu ən çox harada yaranır?

Bədən qoxusunun ən çox yayıldığı nahiyələr ayaq, qasıq, qoltuqaltı, cinsi orqanlar, göbək, anus, qulaqların arxasıdır. Bu bölgələrdə bütün bədəndən fərqli xüsusiyyətlərə malik tər vəziləri (apokrin) var və bədən qoxusu digər bədən hissələrinə nisbətən daha kəskindir.

Bədən qoxusu fərddən fərdə fərqli qoxu verə bilər və insanları tanımağın bir üsulu kimi istifadə edilə bilər. Xüsusən də bədən qoxusundan itlər və digər heyvanlar tərəfindən müəyyən etmək üçün istifadə edilə bilər. Hər bir insanın özünəməxsus bədən qoxusuna pəhriz, cinsiyyət, sağlamlıq və dərmanlar təsir edə bilər.

Bədən qoxusu, adətə,n qoltuqaltı ilə əlaqəli olsa da, bakteriyalar da qasıqda, anus nahiyəsində, yuxarı budlarda və ayaqlarda və digər yerlərdə qoxuya səbəb ola bilər. Bu nahiyələr apokrin tər vəzilərinin sıx olduğu yerlərdir və bu nahiyələrin tez-tez nəm parça və sabunla yuyulması bədən qoxusunun qarşısını ala bilər. Qoxulu ayaqlar da ayaqqabı qoxusuna səbəb ola bilər. Ayaqqabılarınızı hər yerdə olan ayaq dezodorantı ilə təmizləsəniz bu sizin kəskin ayaq qoxusundan qurtulmağınıza da kömək edə bilər.

Qeyd etdiyimiz kimi, bədən qoxusu, bakteriyaların təri parçalaması nəticəsində yaranır və əsasən apokrin vəzlərlə bağlıdır. Yəni çoxlarının şikayətləndiyi bədən qoxusunun səbəblərinin əksəriyyəti təri parçalayan bakteriyalardır.

Bədən qoxusunun müalicəsi

Bədən qoxusu həm insanın özü üçün, həm də yaxın və ya uzaq ətrafı üçün narahatedici ola bilər. Bu problem səbəbindən ailələr dağılır, boşanmalar olur. İctimai nəqliyyatda, iş yerlərində, qapalı məkanlarda bu qoxudan narahat olanlar çoxdur. Bədən qoxusunu müalicə etmək üçün həm həkim yardımından istifadə edə bilərsiniz, həm də təbii yollarla buna nail ola bilərsiniz.

Bədən qoxusuna qarşı mübarizə aparmaq üçün hidrogen peroksid və su məhlulunu sınayın. 1 stəkan suya 1 çay qaşığı peroksid (3%) istifadə edin. Bunu qoxunun ən çox yarandığı nahiyələrə (qoltuq, ayaq, qasıq) bir parça yardımı ilə tətbiq edin. Bu, qoxuya səbəb olan bəzi bakteriyaları məhv etməyə kömək edə bilər. Əgər məşqdən gələn tər bədən qoxusunun səbəbidirsə, məşq paltarlarınızı tez-tez yuyun. Tərli idman paltarları bakteriyalar üçün çoxalma yeridir.

Bədən qoxusunu azaltmaq üçün pəhrizinizi, qida rasionunuzu dəyişdirin. Bədən qoxusuna səbəb ola biləcək qida növlərini yeməkdən çəkinin. Ancaq pəhrizinizdə hər hansı əsas dəyişiklik etməzdən əvvəl həmişə həkim ilə danışın.

Bədən qoxusunu müalicə etməyin ən yaxşı yolu onun yaranmasının qarşısını almaqdır. Qoxusuz olmaq istəyirsinizsə, xüsusilə bu isti havalarda hər gün duş qəbul etməyiniz vacibdir, bəzən bunu səhər və axşam etmək lazımdır. Paltarlarınızı bir dəfə istifadədən sonra yuyun. Kəskin qoxulu qidalardan uzaq durun. Yatmazdan əvvəl antipersperant tətbiq edin. Bu, tərləmədən tətbir görmək deməkdir ki, növbəti gün nəticəsi yaxşı olur. Tərə qarşı olan dezodorantlar tərləmənin qarşısını almır, sadəcə dərinizdə yaranan bədən qoxusunu gizlədir. Antipersperantlar isə tərləməni azaldan kimyəvi maddələrdir. Bir çox antipersperant preparatların tərkibində qoxunu maskalamağa kömək edən dezodorant da var. İstifadə etdiyiniz məhsulu alarkən yoxlayın ki, tərkibində tər əleyhinə və dezodorant olsun. Qoltuqlarınızı quru saxlayın. Bədənin quru bölgələrində bakteriyaların çoxalması çətinləşir. Müntəzəm olaraq qoltuqlarınızı təraş etmək bakteriya yığılmasının qarşısını almağa kömək edir və təri, qoxunu azalda bilər.

Stress bədən qoxusu yaradır

Gündəlik həyatımız və iş rejimimiz bizi davamlı olaraq stress altında yaşamağa məcbur edir. Hər yerdə stress keçirə bilərik – evdə, ictimai nəqliyyatda, işdə, mağazada və s. Stress və narahatlıq bəzən daha çox tərləməyə və daha güclü bədən qoxusuna səbəb ola bilər. Hiperhidroz (həddindən artıq tərləmə) pozğunluğunuz varsa, bəzən heç bir səbəb olmadan həddindən artıq və nəzarətsiz tərləyə bilərsiniz. Bəzi insanlar genetik səbəblərdən və ya müəyyən tərkibli dərman qəbul edərkən bədən qoxusunun artmasına da səbəb olur.

2016-cı ildə aparılan bir araşdırmaya görə, hiperhidroz və stress bir-birinə bağlıdır. Bu vəziyyəti yaşayan bir çox insan stress yaşayır, xüsusilə də həddindən artıq tərləmə səbəbiylə stress, tərləməni daha da artırır və bədən qoxusunu çoxaldır. Ruhən dinc olmaq, sakit həyat tərzi keçirmək tərləməyə də öz təsirini göstərir, stressdən uzaq yaşayan insan daha az tərləyir və bədən qoxusu daha xəfif olur.

Lalə Mehralı

Digər xəbərlər