"Daxili konflikt insanın başqaları və özü ilə mübahisəsidir. Bu mübahisələrdə şəxs zehni və mənəvi olaraq bir neçə yerə bölünür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leylə Əli deyib.Onun sözlərinə görə, konfliktin dərəcəsindən asılı olaraq zaman-zaman, bəzən isə daimi olaraq özü ilə davada olur: "Bəs bu mübahisə özünü necə büruzə verir? Psixologiya elmi daxili konfliktin 4 əsas tipini fərqləndirir.Emosional sfera. Emosional sferada daxili münaqişə özünü ciddi mənfi təcrübələr və psixo-emosional gərginlik yolu ilə büruzə verir- depressiya, stress, apatiya, həyata marağın itməsi və s.Koqnitiv sfera. Koqnitiv sferada daxili münaqişə insanın özünü dərk etməsində baş verən narahatlıqlar vasitəsilə özünü büruzə verir. Özünə hörmətin azalması, seçim və qərar qəbul etmədə çətinliklər, insanın niyyətləri, arzu və prinsiplərinə dair şübhələr və s.Davranış sferası. Davranış sferasında daxili münaqişə özünü davranışda mənfi dəyişikliklər vasitəsilə büruzə verir. Ünsiyyətin, məhsuldarlığın və fəaliyyətin keyfiyyətinin azalması, insanın öz fəaliyyətindən narazılığı və s.İnteqral göstəricilər sferası özünü insan psixikasında kompleks pozulmalar ilə göstərir. Emosional və psixoloji gərginliklərin artması, adaptasiya mexanizmində yaranan narahatlıqlar, insanın şəraitə uyğunlaşma qabiliyyətində uzunmüddətli narahatlıqlar və s. buraya aiddir.Hansı sferada olmasından asılı olmayaraq daxili konflikt mütləq mütəxəssis köməyi ilə aradan qaldırılmalıdır. Çünki digər şəxslərlə münaqişədən daha çox daxili konfliktlər insanın mənəvi sağlığına ciddi zərər vurur".
Ayşən Vəli
Rusiyada astroloqlara və tarot oxuyucularına tələbat kəskin şəkildə azalıb...