PDF Oxu

Sosial

  • 20 284

Qarpızın insan orqanizminə xeyiri və zərəri

image

Bildiyimiz kimi, qarpız dadlı giləmeyvədir. Qarpızın tərkibi də insan sağlamlığı üçün çox faydalıdır.100 qram qarpızın tərkibində 30 kalori var. Eyni zamanda, qarpız, A və C vitaminləri, insan orqanizmi üçün faydalı olan bir çox təbii birləşmələrlə zəngindir.

100 qram qarpızın tərkibi:
- Kalorilik: 30 kkal;
- Karbohidratlar: 7.5 qram;
- Yağlar: 0.2 qram;
- Zülal: 0.6 qram;
- Sellüloz: 0.4 qram;
- Vitamin A: 569 ME;
- Vitamin C: 8.1 milliqram;
- Xolin: 4.1 milliqram;
- Betain: 0.3 milliqram

Qarpızın tərkibində eyni zamanda E və T vitaminləri, tiamin, riboflavin, niasin, B6 vitamini, foli turşusu, pantoten turşusu, kalsium, dəmir, maqnium, fosfor, kalium, natrium, sink, mis, marqans və selen var.

Qarpızın insan sağlamlığına faydası

Qarpız yemək orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını almağa çox kömək edir, iltihabı və oksidləşdirici stresi azaldır, ürəyi sağlamlaşdırır. Qarpızın orqanizmə faydaları aşağıdakılardır:
1. Orqanizmin su təminatını dəstəkləyir. Su qəbul etmək orqanizm üçün çox vacibdir. Maraqlıdır ki, qarpızın 92 faizi sudan ibarətdir.
2. Qarpızın tərkibində bir sıra antioksidantlar var:
- C vitamini;
- Karotinoid;
- Likopin;
- E kukurbitasini.

3. Xərçəngin qarşısını alır.
4.Ürəyin sağlamlığına müsbət təsir edir.
5. Qarpız dəri və saç üçün də faydalıdır. Qarpızın tərkibindəki A və C vitaminləri dəri və saçın sağlamlığı üçün çox vacibdir.
6. Həzmi yaxşılaşdırır.

Qarpızın tərkibində çoxlu su və az miqdarda sellüloz var. Bu isə düzgün qidalanma üçün vacibdir.

Qarpızın insan sağlamlığına ziyanı

1. Qarpız həm də ishala və həzmlə bağlı digər problemlərə də səbəb ola bilər. Qarpız əla su mənbəyi və qida lifləri mənbəyidir. Amma qarpızı ifrat dərəcədə yemək həzmlə bağlı problemə səbəb ola bilər. Bu sıraya ishal, qarın köpü, meteorizm, qaz və sairə aiddir.
2. Qarpız qlükoza miqdarını artıra bilər. Əgər siz şəkərli diabetdən əziyyət çəkirsinizsə qarpız yeyən zaman icazə verilən qlükoza normasından artıq qlükoza qəbul etmə riski artır.
3. Bədəni həddən artıq su ilə təmin edə bilər və su intoksikasiyasına səbəb ola bilər. Bu zaman isə orqanizm həddən artıq su qəbul etmiş olur.
4.Qarpəz ürək-damar sistemi problemlərinə də səbəb ola bilər. Məlum olduğu kimi, qarpızın tərkibində kalium bol miqdardadır. Bu maddə ürəyimizin sağlamlığına müsbət təsir edir, sümükləri və əzələləri möhkəmləndirir. Amma həddən artıq kalium ürək-damar sistemi problemləri yarada bilər. Bunlar arasında aritmiya, nəbzin zəifləməsi var.

Gün ərzində nə qədər qarpız yemək olar?

Peşəkar dietoloqların sözlərinə əsasən, 100 qram qarpızın tərkibində 30 kalori var. Nəzərə alsaq ki, qarpız əsasən sudan ibarətdir, deməli, asanlıqla 500 qram yemək olar. Bu isə 150 kalori yemək deməkdir. Eyni zamanda, qarpızın mədə üçün yüngül olduğunu da nəzərə alsaq, çox miqdarda qarpız yeməyin mümkün olduğu da aydın olur.
Qarpız qəbul etmək sağlamlıq üçün faydalıdır, amma onu həddən artıq qəbul etmək artıq ziyandır.

Nəticə

Qarpız insan sağlamlığı üçün kifayət qədər faydalıdır. Onun tərkibində suyun miqdarı çoxdur. Eyni zamanda, orqanizmi likopin və C vitamini də daxil olmaqla bir sıra faydalı maddələrlə təmin edir. Qarpızın tərkibində bu qidalandırıcı maddələrin olması o deməkdir ki, qarpız təkcə dadlı və az kalorili giləmeyvə yox, eyni zamanda sağlamlıq üçün də çox faydalıdır. Amma digər qida məhsullarında olduğu kimi, qarpızı da normadan artıq qəbul etmək olmaz. Çünki həddən artıq qarpız yemək yuxarıda sadalanan fəsadlara səbəb ola bilər.

Yemişin faydaları və zərərləri

Bildiyimiz kimi, yemiş və ya qovun yay aylarının əvəzolunmaz tərəvəzlərindəndir.
Yemiş yayda sərinlik verən xoş dadıyla hər kəsin sevdiyi bir bitkidir. Böyük yarpaqlı, sarı rəngli çiçəkləri olan yemiş sarmaşıq bitki növüdür. Yemiş dadı ilə hər kəsə xoş təsir bağışladığı kimi, orqanizmə faydaları ilə də məşhurdur. Tərkibində bolluca olan su ilə yanaşı, A və C vitamini ilə də zəngindir. Yod və xrom mineralları baxımından da zəngin bir meyvədir.

Yemişin faydaları

Yemiş bədəni sərinlədir və rahatlıq verir. Elə bu xüsusiyyətinə görə yayda ən sevilən tərəvəzlərdəndir.
Sidikqovucu xüsusiyyətilə yemiş bağırsaqların da yumşalmasını təmin edərək, qəbizlik probleminə mane olur.
Böyrəklərdə qum və daş narahatlığı olan insanlar üçün yemiş çox faydalıdır. Yemiş böyrəklərdəki daş və qumun tökülməsini təmin edir.
Qaraciyər tıxanıqlığı olan insanlar yemişi istehlak etməklə bu narahatlıqlarını aradan qaldıra bilərlər.
Yuxusuzluq problemi olan insanlar da yemişi bolluca istehlak etməlidirlər ki, yuxuları bərpa olunsun.
Yemişin ac olarkən yeyilməsi isə olduqca faydalıdır.
Yemişin özü kimi tumlarının da faydaları var. Tumların yeyilməsinin daxili yaralar üçün çox böyük faydaları var.

Yemişin zərərləri

Yemişin tərkibində bol miqdarda şəkər olduğu üçün şəkər xəstələri bu meyvəni diqqətlə istehlak etməlidirlər.
Xora və də həzm sistemi iltihabı olan şəxslərə də yemiş yemək məsləhət görülmür.

Atalarımızın belə bir maraqlı məsəli var: “Hər şeyi normada qəbul etmək insan orqanizminə çox xeyirlidir”.
Dahi Nizami Gəncəvinin isə belə bir kəlamı var:
-Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Ona görə də gəlin sağlamlığımızı qorumaq üçün hər lazım olan nemətdən miqdarında qəbul edib, faydalanaq.

Hacı Tahir MƏLİKLİ

Digər xəbərlər