PDF Oxu

Sosial

  • 3 767

“Sentyabrın 16-ı artıq Səfər ayı tamamlanır” - QURUM RƏSMİSİ DANIŞDI

“Sentyabrın 16-ı artıq Səfər ayı tamamlanır” - QURUM RƏSMİSİ DANIŞDI

“Məhərrəm ayı çıxıb və biz hazırda Səfər ayındayıq. Adətən bu iki ayda Peyğəmbər və onun ailəsinə ehtiram olaraq xeyir işləri, toy-büsatı təxirə salırıq. Bunun da tarixə bağlı səbəbləri var”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, müsəlman olduğumuz üçün bu səbəbləri dərk edir və xeyir işlərimizi ertələyirik:“Sentyabrın 16-ı artıq Səfər ayı da tamamlanır. Bundan sonra isə toy-büsat etmək üçün heç bir maneə qalmır.Təbii ki, bu iki ayın keçməsini səbrlə gözləmək insanların ixtiyarındadır, heç bir məcburiyyət yoxdur. Dini əqidəsi və ehtiramı olan hər kəs bu qaydalara ürəklə əməl edir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər