Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Masallı rayonu da günü-gündən inkişaf edir. Aparılan abadlıq işləri çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərinin küçələrində asfaltlanma işlər davam etdirilir.
Yolların əsaslı təmir olunması proqramına uyğun olaraq bir çox küçələrə asfalt örtüyü salınaraq abadlıq işləri görülür. Xəbər verilir ki, hazırda 47 saylı Yol İstismar idarəsinin kollektivi on günə yaxındır ki, Şərəfə kəndi ərazisində asfaltlanması işlərini keyfiyyətlə həyata keçirirlər.
Bununla əlaqədar olaraq Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov növbəti dəfə asfaltlama işləri aparılan həmin ərazilərə gələrək görülən işlərlə yerində tanış olmuş, 47 saylı Yol İstismar idarəsinin icraçı direktoru Mahmud Bağırova müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Allergiya xəstələrinə tozcuq mövsümünün ən qızğın dövründə məsləhətlər verilib...
Şəxsi fond: Böyük pul ailəni möhkəmləndirmək üçün bir vasitəyə necə çevrilə bilər..?