47 ildir ki, dövlət qulluğunda çalışan Qasımov Osman Məstəli oğlu əhali arasında özünə böyük hörmət qazanan dövlət qulluqçularındandır
Ölkəmizin müxtəlif sahələrində çalışan dövlət qulluqçularının üzərlərinə düşən başlıca vəzifə yüksək peşəkarlıq göstərmək və vəzifə borclarını məsuliyyətlə yerinə yetirməklə dövlətin inkişafına, əhalinin maraq və mənafeyinin təmin olunmasına töhfələr verməkdir. Ulu Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında “Dövlət qulluğu” anlayışına əhəmiyyətli dərəcədə yer verilib. Məhz bu anlayışın qəbul edilməsi ilə ölkəmizdə özünəməxsus dövlət qulluğu sistemi formalaşıb. Dövlət qulluqçuları vəzifələrini məsuliyyətlə yerinə yetirmələri nəticəsində cəmiyyətimizdə vətəndaş məmnunluğu yaranır. Məhz dövlət qulluqçularından tələb olunan başlıca vəzifə insanları razı salan fəaliyyətin olmasıdır. 47 ildir ki, dövlət qulluğunda çalışan Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman Məstəli oğlu əhali arasında özünə böyük hörmət qazanan dövlət qulluqçularındandır. İşgüzarlığı, ünsiyyətçil olması, ona kömək üçün müraciət edənlərin problemlərini öz problemi hesab edib, həllinə yardımçı olmağa çalışması, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməsi nəticəsi olaraq əhali tərəfindən hörmət edilən, yuxarı rəhbər şəxslər tərəfində rəğbət göstərilən dövlət qulluqçusuna çevirib. Yorulmağın, ruhdan düşməyin nə olduğunu bilməyən Osman Qasımov deyir ki, hər zaman Vətənə, xalqa, Prezidentimiz İlham Əliyevə sədaqətlə xidmət etmək onun həyat amalı olub: “Azərbaycan sosial iqtisadi cəhətdən inkişaf edən ölkədir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Hazırda işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir. İnsanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Torpaqlarımıza yeni nəfəs, yeni həyat qayıdır. Bütün bunlara görə, Ulu Öndərimizin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevə minnatdarıq”. O.Qasımov onu da qeyd edir ki, təqaüdə çıxsa da, dövlətimizin tərəqqisinə, cəmiyyətimizin inkafına dəstəyini, köməyini davam etdirəcək.
Osman müəllimi 65 yaşının tamam olması münasibətilə biz də təbrik edir, ona sağlam və xoşbəxt ömür arzulayırıq.
Umar