Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyi növbəti tədbirini bu mövzuya həsr edib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyi “Aqra”EİDİB üzvlərinin elmdə bilinməyən ideyalarının yayılması məqsədi ilə kitablarının çapı" adlı layihənin icrasını davam etdirir. Layihənin icrası çərçivəsində ictimai birliyin Fəxri üzvü Vahid Zeynal oğlu Rzayevin (22.04.1947 -21.09.2018) böyük yaradanın deyimlərini yazıya gətirən və “Yaranış” adı verilən kitabın, eləcə də “Ümidimiz sənədir” və “İşıq, zərrə” kitabları çap olunub. Maraqlı, oxunaqlı dildə yazılan kitab geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir. Çünki, kitabda bu günə qədər elmi ictimaiyyətinə məluma olmayan faktlar, təhlil və şərhlər yer alıb. Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mirələkbər Seyidov bildirdi ki, kitabların təqdimatı Vahid Zeynal oğlu Rzayevin vəfatı günü keçiriləcək: “Sentyabrın 21-də Səs İnformasiya Agentliyini akt zalında geniş təqdimetmə mərasimi təşkil olunacaq. Mərasimə yerli ziyalılar, şair və yazıçılar qatılacaqlar. Xaricdən isə qonaqlarımız tədbirə zum vasitəsi ilə qoşulacaqlar. Müzakirələr aparılacaq, bir sıar sullara aydınlıq gətiriləck”.