Sosial

  • 1 980

Əmək bazarına hesablanmış peşə təhsili

image

15 sentyabr tarixindən etibarən peşə təhsil müəssisələrində yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 72 peşə təhsil müəssisəsində 128 ixtisas üzrə təhsil alacaq 31838 nəfər tədrisə başlayıb. Onlardan 20775 nəfəri 2023/2024-cü tədris ili peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesi zamanı müsabiqədə uğur qazanaraq peşə təhsili almaq hüququ qazanıblar.

Cari tədris ilində peşə təhsili üçün ən əlamətdar hadisələrdən biri də iyul ayında Prezident İlham Əliyev tərəfindən istifadəyə verilən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədrisin başlamasıdır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

128 ixtisas üzrə mütəxəssis hazırlanır

Hazırda ölkəmizdəki peşə təhsili mərkəzlərində, peşə liseylərində sənətşünaslıq, mədəniyyət və incəsənət, iqtisadiyyat, xidmət, avtomatika və idarəetmə, kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı, energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları, metallurgiya, maşinqayırma və metal emalı, aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri, kimyəvi və biokimyəvi texnologiya, ilkin tələbat və ərzaq mallarının texnologiyası, habelə inşaat və arxitektura ilə bağlı bir çox peşə tədris olunur.

Peşə təhsili, ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Peşə məktəbləri, təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür.

Peşə təhsili müəssisələri öz müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir. Qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edən bu müəssisələr peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir. Peşə məktəbini bitirən tələbələri adətən müəssisə ilə əməkdaşlıq edən işəgötürənlər işlə təmin edir.

Qarabağda 8 peşə məktəbi açılacaq

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq yeni peşə təhsil müəssisələrinin qurulması prosesi cari tədris ilində də davam edəcək. Həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər Qarabağda da 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir.

Agentlik peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür, peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir, habelə qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir. Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini də təşkil edir.

Lalə Mehralı

Digər xəbərlər