PDF Oxu

Sosial

  • 4 524

“Qaz abonentlərinin 64,5%-i 1-ci limiti keçməyib” – AÇIQ QAPI

image

SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub. Bu dəfə cari ilin yanvar-avqust ayları ərzində qeydə alınmış statistik məlumatlar media nümayəndələrinin diqqətinə çatdırılıb. İlk olaraq 8 ay ərzində istehlakçılara satılan qazın həcmini diqqətə çatdıran Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu rəqəmin 4,9 milyard kubmetr olduğunu bildirib. Satılan qazın dəyərinin 100,3%-nin toplandığını qeyd edən İB rəsmisi bu dövr ərzində yeni qeydiyyata alınmış abonentlərin sayını da açıqlayıb. Yanvar-avqust ayları ərzində 43 073 yeni abonentin qeydiyyata alınması ilə ölkə üzrə istehlakçı sayının 2 554 603-ə çatdığı vurğulanıb.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlıq barədə ətraflı məlumat verib. Şöbə rəisi “Azəriqaz” İB-nin qeyd edilən mövsümə tam hazır olduğunu bildirib, qeyd edib ki, burada təbii olaraq yalnız fors-major halları istisnadır. Eldəniz Vəliyev media nümayəndələrinin diqqətinə Birliyin işçi sayında qeydə alınan artımı da çatdırıb. Artıq SOCAR “Azəriqaz” İB-nin ailəsi böyüyərək 10 000 nəfərə çatıb ki, bu da abonentlərə daha sürətli və daha keyfiyyətli xidmətin göstərilməsinə hesablanıb. "Hər atılan addımın səbəbi abonent məmnunluğudur"-, deyə İB rəsmisi bildirib.

Verilən məlumata görə, abonentlərin 64,5 faizi 12 qəpiklik tarifi- 1-ci limiti keçməyib, hazırda abinentlərin 31,6 faizi 2-ci limitdən, 3,9 faizi isə 25 qəpiklik 3-cü limitdən istifadə edir.

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Digər xəbərlər