“Qısa video şəklində paylaşım etməyin mümkün olduğu sosial şəbəkələr sırasında “Tik-tok” ilə yanaşı “Youtube” və s. kimi populyar şəbəkələr mövcuddur. Bu nöqteyi-nəzərdən bir sosial şəbəkəni qadağan etməklə, yayılan məlumatların məhdudlaşdırılmasını təmin etmək çox çətindir”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.Onun sözlərinə görə, VPN-dən istifadənin qadağan edilməsi ilə yanaşı, buna nə dərəcədə riayət edildiyinə də nəzarət etmək lazımdır: “İnsanların bu cür hallarda məsələ ilə bağlı məlumatlı olması üçün xüsusi mexanizmlər yaradılmalı, insanlar geniş şəkildə məlumatlandırılmalıdır. Eyni zamanda mütləq şəkildə insanların internetdən istifadə də davranış qaydaları formalaşdırılmalıdır. Lakin təəssüflər olsun ki, bu istiqamətdə hazırda müəyyən axsamalar var”.
Müəllif: Səbinə Hüseynli