PDF Oxu

Sosial

  • 2 455

Parklanma ilə bağlı hansı problemlər var? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

image

"Cari ilin 7 avqust tarixində qəbul edilmiş qərar nəticəsində parklanma ilə bağlı yeni qaydalar tətbiq olundu. Bu qərarla parklanma ödənişləri onlayn şəkildə mobil tətbiq vasitə ilə tez və rahat həyat keçirilməyə başlandı". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Ekspert sözlərinə davam edərək bildirib ki, təbii ki, bu yenilik tətbiq olunduqda proqram təminatında bir sıra boşluqlar var idi: "Hətta sosial şəbəkələrdə insanlar tərəfindən bu məsələ ilə bağlı müəyyən fikir ayrılıqları yaranmışdı. Doğrudur, mobil tətbiqlərin daha əlçatan olması, dayanacaqdan istifadə qaydalarının təkmilləşdirilməsi və s. işlər görülmüşdür. Lakin bəzi problemlər öz aktuallığını hələ də saxlayır. Bunlardan biri sarı jiletlilərin olmasıdır. Yəni, bəzi dayanacaqlarda hələ də müəyyən şəxslər parklanma üçün ödəniş tələb edirlər. Bu və digər formatda narahatlıqlar, prinsipial mövqelər qalmaqda davam edir. Qısa bir zaman kəsiyində bu çatışmazlıqlar öz həllini tapmalıdır".

Ləman Sərraf

Digər xəbərlər