PDF Oxu

Sosial

  • 2 179

Həddindən artıq yemə alışqanlığı nədən qaynaqlanır? - PSİXOLOQ AÇIQLADI

image

"Qidalanma bizə həyatda qalmağa imkan verən ən əsas ehtiyaclardan biridir. Yaşadığımız coğrafiyaya və şəraitə görə dəyişsə də, həyatda qalmağımızı təmin etmək üçün hər zaman kifayət qədər qida qəbul etmədiyimiz də faktdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, fiziki aclığı təmin etməkdən savayı, bəzən insanlar özünü qiymətləndirmək üçün stressli olduğunu hiss etməmək, kədəri azaltmaq və narahat edən mövzudan uzaqlaşmaq üçün həddindən artıq çox qidalanırlar: "Bəzən qidalanma davranışının altında olan bu motivlərdən xəbərdar olur, bəzən isə olmurlar. Belə qidalanma davranışından sonra insanlarda özünü günahlandırma, təəssüflənmə, utanma hissi və səhəri gün tamamən acqalma davranışına tez-tez rast gəlinir. Bu tip qidalanma və ya tıxanırcasına yemək kontrolsuz qida qəbulu və dəhşətli çəki almaqla nəticələnən vəziyyətdir. Bu tip insanlar tez-tez və çox miqdarda müxtəlif qidalar qəbul edirlər".

Psixoloq sözlərinə belə davam edib: "Pasientlərin qidalanma pozuntusundan əziyyət çəkdiyini müəyyən etmək bəzən çətin olur. Çünki insanlar bu durumdan utanc hissi yaşayır. Bu tip insanlar öncə həkimə müraciət etməlidir. Əgər fiziki narahatlıq yoxdursa, müalicəyə psixiatr və psixoloqla davam etməlidir".

Ayşən Vəli

Digər xəbərlər