PDF Oxu

Sosial

  • 5 143

Azərbaycanda multikulturalizmlə bağlı hansı işlər görülür? - KULTUROLOQ DANIŞDI

image

“Tarixən bəşəriyyət hər zaman insanları bir ideya ətrafında birləşdirməyə çalışıb. Hələ ibtidai dövrdə insan cəmiyyəti toplaşaraq, sivil təsisatlar yaradaraq, müəyyən mənada birgə yaşamağın ən yüksək ideyalarını formalaşdırıblar. İstər mədəniyyət, istər dini etiqad, istərsə də elm insanları birləşdirməyə və xoşbəxt gələcək, zəmanənin problemlərini həll etmək üçün birgə səylərin göstərilməsini təklif edən ideyalar ortaya qoyub. Son illər də dünyanı birləşdirmək üçün müxtəlif ideyalar ortaya atılıb. Bu ideyalar qloballaşma, dinlərarası dialoq və münasibətlərin yaxşılaşdırılması, konfliktsiz dünya qurmaq, ətraf mühütün qorunması ilə bağlı müəyyən addımların atılması ilə yanaşı sırf insanları və cəmiyyətləri birləşdirən, onları yaxınlaşdıran ideyalar təklif edir. Belə ideyalardan biri də multikultiralizmdir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, yazıçılar, mədəniyyət işçiləri də hər zaman bu ideyanı təklif ediblər: “Bu ideyada dil, din, irq fərq etmədən insanları birləşdirmək təklif olunur.Multikultiralizmin Azərbaycan variantı son illər inkişaf edib və dünyanın bir çox ölkələri tərəfindən qəbul edilib. Avropa ölkələrində, Amerikada digər xalqlara qarşı radikal etirazlar olan zaman multikulturalizm həmin radikal düşüncəyə qarşı qoyulan bir etik sivilizasiya forması kimi təqdim olunur. Azərbaycanda beynəlxalq multikulturalizm mərkəzi var, bu məsələ ilə bağlı kitablar, dərsliklər yazılıb. Lakin kulturoloq olaraq, həmin mərkəzdən bir o qədər də razı deyiləm. Ümumilikdə isə multikulturalizm ilə bağlı Azərbaycanda xeyli işlər görülür. Cənab Prezident də bu məsələyə xüsusi diqqət ayırır. Bu istiqamətdə ölkəmizdə bir çox tədbirlər, konfranslar baş tutur. Qeyd etmək lazımdır ki, ərazimizdə bir çox xalqlar yaşayır və biz onların dilləri, dinlərini mühafizə edib qoruyuruq. Məhz bu məsələ bizim multikulturalizmə verdiyimiz dəyərin ən bariz göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər