“Azərbaycan üçün su ehtiyyatlarının artırılması çox vacibdir. Sərsəng su anbarı da həmin ərazilərimizdə suya olan tələbin ödənilməsi baxımından çox vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Sərsəng su anbarından istifadə həm də kənd təsərrüfatının inkişafına da imkanlar yaradacaq: “Bu təxminən 5 rayonumuzun suya olan tələbinin ödənilməsinə imkan verəcək. Eyni zamanda digər bölgələrimiz də bu su anbarından istifadə edə biləcəklər.Sərsəng su anbarı birbaşa olaraq Qarabağda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu da Qarabağın iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək”.
Müəllif: Səbinə Hüseynli