PDF Oxu

Sosial

  • 3 299

"Azərbaycanda arıçılığın inkişafı diqqət mərkəzindədir" - KOMİTƏ SƏDRİ DANIŞDI

"Azərbaycanda arıçılığın inkişafı diqqət mərkəzindədir" - KOMİTƏ SƏDRİ DANIŞDI

"Azərbaycanda arıçılığın inkişafı diqqət mərkəzindədir və arıçılara lazımi qayğı göstərilir. Çünki bal qiymətli və insan orqanizmi üçün faydalı qida məhsuludur. Bir çox xəstəliklərin aradan qaldırılmasında baldan dərman kimi istifadə edilməsi əhalinin bu məhsula olan tələbatını ildən-ilə artırır. Artıq iki ildir ki, arı ailələri işğaldan azad olunmuş ərazilərə çıxarılır ki, bu da məhsul istehsalının yüksəldilməsinə, arıçıların fəaliyyətinin genişləndirilməsinə imkan yaradır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. Deputat sözlərinə davam edərək bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçıların fəaliyyətinin yaxşılaşması üçün həyata keçirilən tədbirlər, Bakıda bal yarmarkasının təşkili və burada 250 arıçının öz məhsulunu nümayiş etdirməsinə imkan yaradılması təqdir edilməlidir: "Yarmarkaların təşkili arıçılara öz məhsullarını satmağa kömək etməklə bərabər həm də bazarda balın qiymətinin aşağı düşməsinə səbəb olur. Keyfiyyətli məhsulların əldə olunması, arıçıların rahatlığına bir imkan da yaranır. Sözsüz ki, bu satışdan arıçılar mənfəət əldə edirlər. Onlar öz təsərrüfatlarını genişləndirirlər. Bu da iqtisadiyyatımıza yeni töhfələr verir".
Ləman Sərraf

Digər xəbərlər