PDF Oxu

Sosial

  • 3 711

Azərbaycanda sıxlığın qarşısını necə almaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanda sıxlığın qarşısını necə almaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün dünyada insanlar regionlardan daha çox iri şəhərlərə, paytaxta can atırlar. Bu da onunla əlaqəlidir ki, bəzən regionlarla iri şəhərlər arasında iqtisadi inkişaf qeyri-bərabər olur: “Böyük şəhərlərdə, bizim paytaxtımızda da demək olar ki, 70-80 faiz müəssisələrin sahibkarlığı Bakıda formalaşıb. Həm burada maaşların yüksək olması, həm gəlirlərin çox olması, həm biznes qurmağın daha səmərəli və gəlirli olması baxımından insanlar daha çox Bakıya axın edib". SİA xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. Onun sözlərinə görə, bu məsələnin qarşısını almaq üçün Bakı ilə regionlar arasında qeyri-bərabər iqtisadi inkişafın qarşısı alınmalıdır: "Regionların tarazlı və dinamik inkişafı təmin edilməlidir. Rayonlarda daha çox müəssisələrin, istehsal müəssisələrinin, emal müəssisələrinin açılmasına şərait yaradılmalıdır. Həmçinin kənd təsərrüfatı sahəsində məşğul olan insanları daha həvəsləndirici tədbirlərlə cəlb etmək lazımdır ki, insanlar kənd təsərrüfatı ilə məşğul olsun, bundan bəhrələnsin. Bunun üçün həm stimullaşdırıcı tədbirlər, həm güzəştli kreditlər ayrılmasına böyük ehtiyac var. İkinci məsələ sosial məsələdir ki, burada əsasən insanlar daha çox sosiallaşma, əyləncə və sosiallaşma proseslərindən bəhrələnmək onları daha çox cəlb edir".İqtisadçı sözlərinə davam edərək bildirib ki, bu baxımdan, sözsüz ki, regionlarda da həmin məsələlər həllini tapmalıdır: "Burada həm sosial müəssisələrin, əyləncə mərkəzlərinin açılmasına böyük ehtiyac var. Eyni zamanda insanların asudə vaxtını daha da cəlbedici keçirməsinə böyük ehtiyac var. Bunun üçün belə bir şəraitin yaradılması lazımdır. Bu baxımdan, əlbəttə, yeni məkanların açılması, Bakıdan regionlara universitetlərin, müəssisələrin, nazirliklərin bəzi şöbələrinin köçürülməsi regionların bərabər və tarazlı inkişafına dəstək ola bilər”.

Ləman Sərraf

Digər xəbərlər