PDF Oxu

Sosial

  • 3 958

İkiqat “obrazovannı”lar FELYETON

İkiqat “obrazovannı”lar FELYETON

Yaxınlarımdan birinin evində qonaq idim. Divanda uzanan oğlan anasına:

-Ay ana, o pəncərəni aç, çox istidir.

Ana pəncərəni açdı. Bir xeyli vaxtdan sonra oğlan yenidən:

-Ay ana, sən niyə pəncərəni açmısan?

-Ay oğul, bəs sən dedin də.

-Mən o xırdanı dedim ki, bir az hava gəlsin.

Ana:- Ay, düz deyirsən, skvazniyak eləyir, indicə kamarı da dolduracaq içəriyə, tamam, “qoy pəncərəni örtüm, fortuçkanı açım”,- deyə pəncərəyə yaxınlaşdı.

Oğlan yenidən səsləndi:

-Ana, ayaqdasan, sən Allah, şarjım bitir, al bu telefonu, adapter otağımdadır, tax toka, bacıya mesaj yazacağam. Mənə də bir paduşka, adyal gətir.

Ana telefonu alıb, otağa keçdi və oradan deyindiyini eşitdim:

-Yüz dəfə dedim ki, ay kişi, bir montyor gətir, bu evin tokuna baxdır, hara taxım bu telefonu axı zaryadka yığsın, razetkaların heç biri işləmir. Mən bu evdə uje dəli oluram.

***

Ana-balanın bu yarı rus, yarı türk dioloqu məni yamanca təbimdən çıxardı. Birinci hirsimi oğlana tökdüm, dedim bizim vaxtımızda valideynin yanında nəinki uzanmaq, hətta onu işə buyurmaq böyük qəbahət sayılardı.

Sonra da üzümü hər ikisinə tutub, “siz bilirsiniz ki, səhərdən bəri danışdığınız on sözün səkkizi rus, türk sözləridir”,- dedim. Hirslə anadan soruşdum:

-Fortuçka nə deməkdir?

-Fortuçka elə fortuçkadır da, balaca pəncərə, sənin də işin qurtarıb ey, bizə sorğu-sual edirsən.

Oğlana üz tutdum:

-Şarj nədir, adapter nədir?

Cavab verdi ki, adapter telefona şarj yığır.

Bu sorğu-sualımı görən ana mənə nə desə yaxşıdır?

-Sənin də sosyeteliyin tutmasın, gəl, çay içək.

Onlara son sözüm belə oldu: Sizi gördüm, “Molla Nəsrəddin”in bir əsr əvvəlki “Bizim “obrazovannı”larını xatırladım. Hələ felyetonu da onlara söylədim. “Qofta”ya xeyli güldülər. Özləri duran yerdə nə üçün “qoftaya?..

Axırda dedim ki, siz lap elə ikiqat obrazovannısınız ki…

Mətanət Məmmədova

Digər xəbərlər