Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində dekabrın 1-dən Ambulator Reabilitasiya Mərkəzi - “RehaPoint” fəaliyyətə başlayacaq. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.Mərkəzdə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstəriləcək, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.Ambulator Reabilitasiya Mərkəzi - “RehaPoint” infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.
Psixoloqlara görə, öz kimliyinin çevik qavranılması insanların dəyişikliklərə daha asan uyğunlaşmasına, emosional tarazlığı qorumasına və yeni ideyalar kəşf etməsinə kömək edir...
Bu mövsüm ayaq biləyi çəkmələri hansı dəyişikliklərə məruz qalıb və stilistlər ağ idman ayaqqabılarının əvəzedicisi kimi indi nə təklif edirlər?
Cinayət hekayələri və detektivlərin pərəstişkarları analitik bacarıqlarını sınaya bilərlər...