Sosial

  • 2 301

"Gələcəkdə bir çox rayonlarda DOST mərkəzləri açılacaq" - EKSPERT AÇIQLADI

image

"DOST mərkəzlərinin açılması əslində iqtisadiyyatı hədəfləyən addımlar deyil. Yəni, bu iqtisadiyyatı dirçəltmək, inkişaf etdirmək, yaxud hansısa bir istiqamətini müəyyənləşdirmək məsələsi deyil. DOST mərkəzi əhalinin sosial müdafiəyə ehtiyacı olan kəsiminin ehtiyac və tələblərinin qarşılanması məqsədilə yaradılmış bir layihədir". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.Akif Nəsirli sözlərinə belə davam edib: "Bu layihə üzrə ƏƏSMN-nin işlədiyi cəmiyyətin həssas qrupları var ki, onlarla işi daha çox mərkəzləşdirmək, yığcamlaşdırmaq və o qrupdan olan əhalinin ehtiyaclarını daha səmərəli qarşılamaq üçün yaradılıb. Bu baxımdan DOST mərkəzinin yalnız Bakı şəhərində deyil, həm də regionlarda açılması diqqətəlayiqdir.Mən hesab edirəm ki, gələcəkdə bir çox rayonlarda DOST mərkəzləri açılacaq. Məsələn, üç yanaşı rayondan birində DOST mərkəzinin yaradılacağına və bu prosesin davam edəcəyinə inanıram. Bu, çox alqışalayiqdir.DOST mərkəzləri çox səmərəli fəaliyyət göstərirlər. Hətta mərkəzə gələ bilməyən əlillər ki var, onlarla mərkəzin işçiləri həm internet üzərindən, həm də onlara fiziki olaraq yaxınlaşmaqla ehtiyaclarını ödəmə istiqamətində ciddi işlər görürlər. Mən hesab edirəm ki, bu Azərbaycan dövləti, vətəndaşı və cəmiyyət üçün yararlı bir layihədir. Layihənin davam etdirilməsi məqsədəuyğundur",

Ayşən Vəli

Digər xəbərlər