"Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərin nəticələrini söyləmək hələki bir qədər çətindir. Amma bu sahədə çox böyüki işlər görülür. Xüsusilə də dini tolerantlıq istiqamətində mühüm addımlar atılır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, multikulturalizmin təbliği məsələsi daha fərqli platformalarda aparılmalıdır: "Ölkədə keçirilən beynəlxalq konfranslar bu mənada daha faydalıdır. Çünki xaricdən gələn qonaqlar müəyyən proseslər zamanı obyektiv bilgiyə sahib olurlar.Amma bir çox sahələrdə multikulturalizmin bir material olaraq sosial şəbəkələr və KİV üzərindən təbliğatını daha da gücləndirmək lazımdır. Bu istiqamətdə dövlətin yeritdiyi siyasət olduqca anlamlıdır. Çünki bizim dövlətin təbiətinə uyğun olaraq multikulturalizm bir dəyər olaraq cəmiyyət içərisində təqdirlə qarşılanır. Yəni cəmiyyət içərisində buna qarşı bir aqresiyya yoxdur. Bəzi ölkələrdə multikulturalizm dövlət siyasəti ola bilir, amma cəmiyyətin dəyərinə çevrilmir. Azərbaycanda isə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, həm də cəmiyyətin dəyərinə çevrilib".
Müəllif: Səbinə Hüseynli