Sosial

  • 1 642

Bakıda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi ilə bağlı tədbir keçirilir

image

Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masa təşkil olunub. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutub.Dəyirmi masada aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi kontekstində, münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparılan işlərin, nailiyyətlərin və digər əlaqəli mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Digər xəbərlər