PDF Oxu

Sosial

  • 3 048

“Ailə dəyərləri çərçivəsində xanımlara hörmətin önəmini başa düşməliyik” - NAZİR

image

“Məişət zorakılığı bütün cəmiyyətlərdə var. Bunun aradan qaldırılması təkcə dövlət proqramları və dövlət institutları ilə bağlı deyil. Təhsil səviyyəsinin artırılması, xanımlarımızın cəmiyyətdə rolunun gücləndirilməsi, ailə dəyərləri çərçivəsində xanımlara hörmətin önəmini başa düşməliyik”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 6-da Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.Sahil Babayev sözlərinə belə davam edib: “Məişət zorakılığına ən çox məruz qalan şəxslər qadın və uşaqlardır. Bununla bağlı silsilə tədbirlər görülür. Qeyd edim ki, məişət zorakılığından əziyyət çəkmiş şəxslər üçün xüsusi şöbə yaradılıb. Bura yaranandan 154 zorakılığa məruz qalmış şəxslərə yardım göstərilib. Onlardan 100 nəfəri uşaqlardır. Həmçinin, "Qayğı çağrı" mərkəzi də yaradılıb. Burada həssas və məişət zorakılığından zərərçəkmiş şəxslərə sosial psixoloji dəstək göstərilir, dövlət mexanizmləri haqqında onlar məlumatlandırılaraq yönləndirilir. Azyaşlı qızlarımızın təhsildən kənarlaşdırılması ən böyük riskdir. Növbəti mərhələdə bu işləri genişləndirmək üçün əlimizdən gələni edəcəyik”.

Ayşən Vəli

Digər xəbərlər