PDF Oxu

Sosial

  • 5 492

Masallı RİH-də Heydər Əliyevin 100 illik yubileyi tədbiri keçirilib

Masallı RİH-də Heydər Əliyevin 100 illik yubileyi tədbiri keçirilib

Xəbər verdiyimiz kimi bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar təqvim planı əsasında RİH başçısının 18 dekabr 334 nömrəli Sərəncamı ilə bir qrup idarə, müəssisə və təşkilat rayonda keçirdikləri tədbirlərə görə təşəkkürnamələrlə təltif edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ili “Heydər Əliyev ili” elan etmişdir. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Həmin Sərəncamın icrasına əsasən təqvim planına uyğun olaraq Masallı rayonunda da il ərzində tədbirlər keçirilmişdir.

Belə ki, rayon ərazisində Ümummili Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş poster və banner yerləşdirilmiş, konfrans, dəyirmi masa, toplantı, disputlar, görüşlər, fləşmoblar keçirilmiş, mədəni-kütləvi tədbirlər, yaradıcılıq festivalları, foto, rəsm sərgiləri, müsabiqələr, ağacəkmə aksiyaları, iməciliklər təşkil edilmiş, “Heydər Əliyev İli” çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, aztəminatlı ailələrin və digər sosial qayğıya ehtiyacı olan şəxslərin problemlərinin öyrənilərək onlara zəruri hallarda maddi-mənəvi dəstək və köməklik göstərilmişdir.

Masallı Rayon İcra Hakimiyyəti Başçısının 18 dekabr 334 nömrəli Sərəncamı ilə bir qrup idarə, müəssisə və təşkilat Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rayonda keçirdikləri tədbirlərə görə Təşəkkürnamə ilə təltif edilmişdir.

Daha sonra Masallı rayon ağsaqqallar Şurası, “Masallı Ziyalıları” İctimai Birliyi, Heydər Əliyev Mərkəzi, rayon Təhsil sektoru, “Masallı Gənclər Evi”, rayon Statistika idarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi, Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ, Viləşçay Su Anbarı İstismarı İdarəsinə təşəkkürnamələr təqdim edildi.

Təltif edilmiş idarə, müəssisə və təşkilat rəhbərləri özləri və kollektivləri adından diqqətə görə rayon rəhbərinə təşəkkür etmiş, ölkə rəhbərinin ətrafında sıx birləşdiklərini diqqətə çatdırdılar.

İcra başçısıl Araz Əhmədov bildirdi ki, bu gün Azərbaycana Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti, həm də dünya azərbaycanlılarının Lideridir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər