Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun tapşırığına əsasən rayon ərazisində şəhid adını daşıyan küçələrin asfaltlanması işləri sürətlə davam etdirilir.
Qeyd edək ki, şəhid adına olan küçələrin asfaltlanması Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü və təşkilatçılığı, 47 saylı Yol İstismar idarəsi tərəfindən həyata keçirilir.
Şəhid ailələri və eləcə də yaşayış məntəqələrinin sakinləri görülmüş işlərə görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə və zəhməti olanlara minnətdarlıq ifadə edirlər.
ƏLİHÜSEYN ŞÜKÜROV