Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən müharibəsi və Antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri sovqatları, həmçinin şəhid övladları üçün alınan bayram hədiyyələrini onlara təqdim ediblər.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev və əməkdaşları ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Onların müqəddəs amal uğrunda canlarından keçdikləri, əziz xatirələrinin daim qəlbimizdə yaşayacağı bir daha vurğulanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.
ƏLİHÜSEYN ŞÜKÜROV