PDF Oxu

Sosial

  • 5 215

Şəhid Ramil Məmmədovun ailəsinə təltifləri təqdim edildi

Şəhid Ramil Məmmədovun ailəsinə təltifləri təqdim edildi

Masallı rayonu, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin Allahyarlı kəndindən olan şəhid Ramil Habil oğlu Məmmədov təltif olunub. 2022-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror əməliyatları zamanı şəhid olan Ramil Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, rayon rəsmiləri və qazilərin iştirakı ilə medal və orden şəhidin ailəsinə təqdim edilib.

Şəhid atası Habil Məmmədov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə təşəkkürünü bildirib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər