PDF Oxu

Sosial

  • 5 329

“DSMF-nin 2023-cü ildəki gəlirləri 6 milyard 677 manat təşkil edib" - Himalay Məmişov

“DSMF-nin 2023-cü ildəki gəlirləri 6 milyard 677 manat təşkil edib" - Himalay Məmişov

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2023-cü ildəki gəlirləri 6 milyard 677 manat təşkil edib. Bu rəqəm 2022-ci ilə nisbətdə 17 faiz çoxdur”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.Onun sözlərinə görə, DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz artaraq 5 milyard 197 milyon manatq çatıb.Fondun xərcləri isə ötən il 16 faiz və ya 829 mln. manat çox olmaqla 6 mlrd. 81 mln. manata çatıb. Xərclərin 5 mlrd. 888 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 mln. manat çoxdur”

Digər xəbərlər