“Ötən il 1,9 milyon vətəndaşı əhatə edən sosial paket icra olunub”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib: “Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib”.
Müəllif: Səbinə Hüseynli