PDF Oxu

Sosial

  • 5 582

Təcili tibbi yardım çağırışları üçün hansı məhdudiyyətlər var? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Təcili tibbi yardım çağırışları üçün hansı məhdudiyyətlər var? - QURUMDAN AÇIQLAMA VERİLDİ

"Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında ilk olaraq təcili, daha sonra təxirəsalınmaz çağırışlar qeydə alınaraq növbəlilik prinsipi ilə xidmət göstərilir". Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) SİA-ya açıqlamasında deyib.TƏBİB bildirib ki, hazırda xidmətin optimallaşdırılması məqsədilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətinin bir mərkəzdə - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi kimi birləşdirilir və “Vahid pəncərə” sistemi qurulur ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsi, təcili, təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin tətbiqinə hesablanıb: "Eyni zamanda xidmət keyfiyyətinin artırılmasına təchiz olunan müasir ambulansların alınması ilə yanaşı, kadr təminatının artırılması da daxildir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər