PDF Oxu

Sosial

  • 3 852

Ölkə əhalisinin 10.8 faizi pensiya alır

Ölkə əhalisinin 10.8 faizi pensiya alır

2024-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1099 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 10,8 faizini təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfərdir.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub.

Digər xəbərlər