Sosial

  • 3 128

Hirkan Milli Parkında yubiley tədbiri - FOTOLAR

image

Hirkan Dövlət Qoruğunun yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sonralar qoruğun bazasında Hirkan Milli Parkı yaradılıb. Park artıq öz 20 illiyini qeyd edir. Bu müddət ərzində ərazisinin iki dəfə artırılması üçün planlı işlər görülüb. Geniş sahəsinə, zəngin bitki örtüyünə və heyvanat aləminə görə ətraf mühitə, təbiətə böyük təsiri var. Cənub bölgəsinin zəngin təbii sərvətləri ilə seçilən bu park həm də şəfa qaynağıdır. Azərbaycan təbiətşünasları bu xüsusi mühafizə olunan təbiət ərazisinin gözəlliklərindən, biomüxtəlifliyindən bəhs edərkən buradakı bitkilərin min bir dərdin dərmanı olduqlarını dəfələrlə öz tədqiqatlarında göstərmişlər. Təsadüfi deyil ki, Hirkan Milli Parkı artıq dünya ekoloq alimlərinin diqqət mərkəzindədir. Sevindiricidir ki, qədim Hirkan meşələri YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilib...

Bütün bu faktlar fevralın 9-da 2024-cü il tarixində Hirkan Milli Parkının 20 illiyinə həsr olunmuş tədbirdə səslənmişdir. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov tədbiri açaraq yubiley münasibətilə Milli Parkın kollektivinə hörmətli nazir, ÇOP29-un Prezidenti Muxtar Babayevin təbrikini çatdırmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev öz çıxışında ötən müddət ərzində Respublikadakı Xüsusi Mühafizə Olunan Təbiət ərazilərinin genişləndirilməsinə dövlət qayğısından, bu ərazilərdə biomüxtəlifliyin qorunması sahəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışmışdır.

1 saylı RETSİ-nin əməkdaşı, yazıçı-ekoloq Bəxtiyar Hüseynov Hirkan Milli Parkının 20 illik yubileyinin ölkəmiz üçün çox əlamətdar bir hadisənin –növbədənkənar Prezident seçkilərinin keçirildiyi ilə təsadüf etdiyini, bu mühüm siyasi kampaniyada ekoloqların seçici fəallığını diqqətə çatdırmış və parkın mühafizəsi ilə əlaqədar mütəmadi keçirilən maarifləndirici tədbirlərdən geniş söz açmışdır. Eyni zamanda Hirkan Milli Parkına həsr etdiyi şerləri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Beynəlxalq ekspert James Jaskelmanın çıxarışının videoformatı səslənmiş, Hirkan Meşələrinin “YUNESKO”nun 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına daxil edilməsini əks etdirən vidokadrlar nümayiş etdirilmiş və diplomu təqdim olunmuşdur. Tədbirdə həmçinin FAO-nun və WWF-in nümayəndələri də geniş məruzə ilə çıxış etmişlər.

Tədbirdə Lənkəran və Astara İcra Hakimiyyətinin rəsmləri icimaiyyətin nüçayəndələri, tanınmış ekoloqlar .... iştirak etmişlər.

Bəxtiyar Hüseynov,

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı

Digər xəbərlər